en | pyc | az

Bioqaz heyvan mənşəli gübrələr və ya qida məhsulları (biokütlə) daxil olmaqla anaerob (yəni havasız şəraitdə baş verən) qıcqırma prosesi zamanı üzvi maddələrin parçalanması ilə yaranan nəzarətli şəraitdə istehsal olunan qazların qarışığıdır. Bioqaz təbiətdə mövcuddur, məsələn, o, göl yataqları, bataqlıq və heyvanların mədələrində istehsal edilir. Bioqaz təxminən 60 % metan (CH4), 40 % karbondioksid (CO2) və az miqdarda hidrogen-sulfid və ammonium daxil olmaqla digər qazların qarışığından alınır. Qazların dəqiq miqdarı anaerob qıcqırma prosesində istifadə edilən biokütlənin növündən asılıdır. O, mövcud olan digər qazları kənarlaşdıraraq təmiz metan və ya biometana çevrilə bilir.

Aparılan tədqiqatlar nəticəsində tapılmış e.ə. 15-ci əsrə aid olan Çin əlyazmalarında bioqaz məhsullarının tarix boyu istifadə olunduğu qeyd edilmişdir.

Bioqazın tətbiqi çoxsahəlidir və onun aşağıdakı hallarda istifadəsi əlverişlidir:

  • Bərpa edilə bilən istilik və enerji istehsalı
  • Elektrik enerjisinin istehsalı
  • İstilik enerjisi
  • Nəqliyyat yanacağı
  • Qaz təchizatı şəbəkəsi ilə təmin etmək

 

 

Bioqaz Proqramı:

ALTEN QRUP Şirkəti Azərbaycanda ilk dəfə olaraq bioqaz qurğularının istehsalını həyata keçirir. ALTEN QRUP pilot bioqaz qurğusu 2009 –cu ildə Gürcüstan və Ukrayna bioqaz mühəndisləri ilə birgə əməkdaşlıq nəticəsində inşa olunmuş və quraşdırılmışdır. Nəticədə şirkət yerli fermerlərin istəyinə uyğun olaraq müxtəlif ölçülü (5, 10, 15 və 20 m2 ) kütlə istehsal edə bilən bioqaz reaktorlarını istismara vermişdir. ALTEN QRUP həmçinin Azərbaycanın paytaxtı, Bakı şəhərində (şəhərdən təxminən 8 km məsafədə) planlaşdırılan külək enerjisi mərkəzi və günəş panel qurğularından ibarət elektrik stansiyasının bir hissəsi olan 250 kilovat böyük ölçülü bioqaz qurğusunun layihələndirilməsini və quraşdırılmasını həyata keçirir.

Yeni bioqaz qurğusu yerli üzvi tullantıların təmizlənməsi barədə məsələlərin həll olunması və tələblərə cavab verən yüksək keyfiyyətli gübrələrin istehsalı ilə məşğul olan fermer təsərrüfatına daha çox faydalı olacaq. Bioqaz istehsalı prosesində istehsal olunan gübrə torpağı liflərlə və minerallarla zənginləşdirir. Gübrənin tərkibində heç bir süni kimyəvi qarışıq olmadığı üçün istixanalarda yetişdirilən tərəvəzlər 100% təbiidir. Şirkətin satdığı istixanaların sayının çox olması istehlakçının qoyduğu qiymətin azalmasına və müştərinin qənaətinə təsir edəcək.

ALTEN QRUP- un bioqaz layihələri haqqında ətraflı məlumat əldə etmək üçün zəhmət olmasa bizimlə əlaqə saxlayın.