en | pyc | az

Hidroenerji təbii su axınının yaratdığı enerjidir. Mənbəyə təsir etmədən və ya onu dəyişmədən bu enerji elektrikdə istifadə və transformasiya edilə (çevrilə) bilər. Bu həqiqətən də hidroenergetikanın yeniləşən xüsusiyyətini müəyyən edir.

Yerin səthində, onun altında və üzərində suyun dövr etməsi (hidroloji dövriyyə daxil olmaqla) hidroenerjinin daim və müntəzəm olaraq işləməsinə səbəb olur. Suyun tərkibində olan enerji ağırlıq qüvvəsinə əsasən onun bir səviyyədən digər səviyyəyə düşməsi ilə alınır.

Hidroenerji elektrik enerjisindən lazım olduqda istifadə etmək, onun geniş həcmdə generasiyası (yaradılması) və saxlanması üçün yeganə üsuldur. Onu Hidroelektrik stansiyasını quraşdırmaqla əldə etmək mümkündür ki, bu da suyun bəndin yanında yığılmasına və təbii olaraq yüksəklikdən aşağıda yerləşmiş mərkəzi elektrik stansiyasına tökülməsinə səbəb olur. Suyun axını elektrik generatorunun rotorunu işə salan turbinin kürəyini hərəkətə gətirir və rotorun məftili fırçanı generatorların stasionar məftilinə fırladıqda elektrik əmələ gəlir.

Bu proses zirvə vaxtı üçün hesablanmanı həyata keçirmək məqsədilə tənzimlənə bilər.

ALTEN QRUP - un hidroenerji layihələri haqqında əlavə məlumat əldə etmək üçün bizimlə əlaqə saxlayın.