


8 MVt Günəş / Külək layihələri
Azərbaycanın paytaxtı Bakı şəhəri 1000 MVt-dan çox dəyərləndirilən istehsal gücünə malik külək enerjisinin inkişafı üçün nəhəng potensiala malikdir və ALTEN QRUP şəxsi hibrid külək və günəş enerjisi elektrik stansiyalarını inkişaf etdirməklə bu potensialdan istifadə etməyi qarşısına məqsəd qoymuşdur. Hibrid külək və günəş enerjisi layihəsi Abşeron yarımadasında tikilir və ümumi gücü 8 MVt-dır.
Bu layihənin hazırlanması məqsədilə layihələrin idarə olunması və sifarişli layihə konsultasiyası üzrə zəruri təcrübəyə malik olan MS&F Associates aparıcı İspan konsaltinq şirkəti ilə sıx əməkdaşlıq edirik.
Proqramın məqsədi ALTEN QRUP şirkətinin alternativ enerji istehsalı sahəsində texnologiya üzrə bilik və imkanlarını yerli hakimiyyət orqanları, beynəlxalq təşkilatlar qarşısında nümayiş etdirməkdir. Layihə alternativ enerji sektorunda yerli hakimiyyət orqanlarının dəstəyi ilə uzunmüddətli kapital qoyuluşunun davamlılığını təmin etmək, eyni zamanda həmin sahədəki 100 MVt-lıq tikintiyə xarici sərmayədarları cəlb etmək üçün hazırlanır.
Hidroenerji
Hidroenerji Azərbaycanda ən səmərəli bərpa edilə bilən enerji mənbəyidir. Ölkədə elektrik enerji istehsalı üçün zəruri olan kiçik və orta ölçülü göl qrupları var.
ALTEN QRUP hal-hazırda Qəbələdə, Dəmiraparan çayının sahilində 46 MVt gücündə su elektrik stansiyası tikir. Stansiya əsasən 8,15 və 23 MVt gücündə olan 3 generatordan ibarətdir.
Layihənin məqsədi Qəbələ rayonunu Qafqaz regionunda ilk 100%-ə qədər alternativ enerjiyə malik əraziyə çevirmək üçün bu rayonun enerjiyə olan ehtiyacını tam təmin etməkdir. Biz bu layihəyə sponsorluq etməkdə marağı olan beynəlxalq müəssisə və təşkilatlar axtarırıq.
Günəş kollektorları
ALTEN QRUP-un Günəş kollektorları suyu qızdırmaq üçün mükəmməl vasitədir və bir çox yerlərdə, o cümlədən mehmanxana, bələdiyyə və yaşayış binalarında quraşdırıla bilər.
Biz Günəş Enerji Texnologiyası məhsullarının Beijing Sunda rəsmi distributoruyuq. Beijing Sunda 30 il ərzində Alman texnologiyasından istifadə etməklə işlənib hazırlanmışdır; günəş enerjisi ilə işləyən termik texnologiyanı inkişaf etdirmişdir. Beijing Sunda şirkətinin evakuasiya edilən boruları, günəş kollektorları və istilik sistemləri Daimler- Benz Aerospace ilə birlikdə işlənib hazırlanmışdır və aşağıda qeyd edilən istehsal sahələri üçün beynəlxalq keyfiyyət tələblərə cavab verir:
- İsti su sistemləri
- Nohur və hidromasaj vannaları
- Konveksiya vasitəsilə qızdırılma
- Günəş kondisioneri
- Dəniz suyunun şirinləşdirilməsi
Günəş sistemlərimiz sizin bu sahədə bütün ehtiyaclarınızı təmin edə bilər. Bizim irimiqyaslı texniki layihələr üçün təkmilləşdirilmiş daha böyük modellərimiz 300 kq təzyiqə (6 barometrədək) davamlıdır. Evakuasiya edilən günəş borularımız cənub qütbündə -45 °C - yə kimi aşağı temperaturda işləyə bilər. Biz həmçinin beşillik zəmanətlər təklif edirik, heç bir minimal sifariş tələblərimiz yoxdur və məhsullarımızın sizin istəyinizə tam müvafiq olduğunu təmin etmək üçün sınaqların keçirilməsini təklif edirik.
Əsas Məhsul tələbləri/Xüsusi cəhətlər:
- Yüksək səmərəlilik
- Antifriz
- Kiçik termik gücə əsasən sürətli işə salma
- Termik diod təsirə əsasən ən aşağı istilik itkisi
- Uzunmüddətli dayanıqlığa malik yüksək vakuum
- Yüksək təzyiq müqaviməti
- Möhkəmlik və davamlılıq
- Asan quraşdırma və texniki xidmət
- Binalara asanlıqla daxil olma
- Elektron lampalı istilik borusu: Ф100 x2,000 mm, 16 ədəd və birbaşa uducu maddə
- Təzyiq çəni: alüminium, qəhvəyi, 100 mm dairəvi
- Boru kəməri: mis
- Paslanmayan polad dayaqlar, aşağı dayaqlı qısqac
Qiymətlər 600 AZN - dən başlayır
LED (İşıq Yayan Diod)
ALTEN QRUP-un LED İşıq diodu ilk növbədə şirkətin alternativ enerji innovasiya prosesinin ilkin mərhələlərində olmasına təminat verir və şirkəti müxtəlif məhsullarla, Azərbaycanın isə enerji təhlükəsizliyi ilə təmin edir.
LED işıqlandırma qurğusu, məsələn ictimai yerlərin və magistral şəbəkələrin işıqlandırılması kimi ictimai infrastruktur proqramlarının mükəmməl şəkildə həyata keçirilməsini təmin etməklə, ənənəvi lampalardan fərqli olaraq az enerji sərf edir. Tədqiqat göstərir ki, enerji abunəçiləri bütün ev elektrik lampalarını LED işıqlandırma qurğusu ilə əvəz etsələr, onlar illik enerji sərfiyyatına 70 % qənaət etmiş olarlar.
LED-in faydaları:
- Bizim LED (işıq yayan diod) lampalarımızın işləmə müddəti ən azı 50, 000 saatdır – orta işləmə müddətinin 11 ilinə bərabərdir. Müqayisə olaraq, közərmə lampasının işləmə müddəti isə 5, 000 saatdır və bu 10 dəfə azdır.
- LED işıqlandırmanın qiyməti ənənəvi közərmə lampaları ilə müqayisə edilə bilməz. Közərmə elektrik lampasının real dəyəri dedikdə elektrik lampalarının yerlərinin dəyişdirilməsi və onların əvəz edilməsi üçün sərf edilən əmək xərcləri və zaman nəzərdə tutulur.
- LED işıqlandırmanın əsas məqsədi enerji sərfiyyatına qənaət etməkdir. Müvafiq olaraq hazırlandıqda, LED dövriyyəsi 80 % faydalı iş əmsalına çatır, nəticədə eyni güclü ənənəvi lampalardan fərqli olaraq 5-10 dəfə az enerji sərf edir.
- Ənənəvi közərmə elektrik lampası sıradan çıxa bilir, lakin LED işıqlandırma sistemi zədələnmədiyi üçün çox davamlıdır.
- Həm qapalı həm də açıq şəraitdə istifadə edilən LED lampalarının qiyməti 9AZN-dən başlayır.
- Bu lampalar günəş paneli və külək turbini kimi digər enerji avadanlıqlarının yüksək gücə malik olmasını və etibarlılığını təmin edir.
5m³ bioqaz sistemi
ALTEN QRUP - un 5m³ bioqaz qurğusu 3 müxtəlif rejimdə işləyir və 2-12 m³ metan qaz istehsal edir. Bizim bioqaz sistemləri 1300 kq inək peyini (1-7 gün təzə) və 2700 litr sudan ibarət xüsusi qarışıq daxil olmaqla ilkin yanacaq tələb edir. Sistem daha sonra gündəlik 200-400 kq (əməliyyatın metodundan asılı olaraq) qarışıq əlavə olunmalıdır. Peyin və suyun nisbəti 1:3-dür. Maddələr avtomatik olaraq hər gün saatda bir dəfə10 dəqiqə olmaqla qarışdırılır.
Bioqaz reaktoru eləcə də, gübrə qarışığının bütün kimyəvi çevrilmələrini tamamlayaraq, asanlıqla tətbiq edilə bilən və torpaq tərəfindən assimilyasiya oluna bilən yüksək keyfiyyətli təmiz gübrə mənbəyidir. İstehsal olunan gübrə torpağı zənginləşdirir və istehsal gücünü 30% -160 % artırır.
Bioqaz qurğusunun istehsal etdiyi qazın tərkibində 67 % metan var.
1 m³ metan 5758 kkal enerjiyə bərabərdir.
Bizim 5m³ bioqaz qurğusunun qiyməti 3500 AZN-dən başlayır.
Bu bioqaz qurğusu həmçinin kreditlə-1-2 il müddətinə 6 %-lə satıla bilər.
Kiçik Külək generatorları
Bakı küləklər şəhəridir - Bakı sözü Azərbaycan dilinə “Küləklə əhatə olunmuş” və ya “Küləklər şəhəri” kimi tərcümə olunur ,bu da öz növbəsində regionda külək enerjisinin sərhədsiz olaraq generasiya və istifadə edilməsinin mümkün olduğunu göstərir. ALTEN QRUP bu nəhəng enerji mənbəyindən faydalanmaq üçün mükəmməl mövqe seçib. Biz 400 Vt-dan 100 KVt qədər enerji istehsal edən kiçik yüksək keyfiyyətli külək generatorlarını təklif edirik. Bizim turbinlər alman və yapon mütəxəssislər tərəfindən hazırlanıb və yaşayış evləri ,telekommunikasiya layihələri, neft -qaz platformalarında ticari məqsədlərlə istifadə üçün uğurla tətbiq edilə bilər.







