


Külək enerjisini müxtəlif metodlardan istifadə etməklə əldə etmək olar, buraya əsasən külək turbinləri, külək nasosları və külək yelkənləri daxildir. Bərpa edilə bilən enerji mənbələrinin yaradılması üçün bu ən effektiv metodlardan biridir.
İnsanlar tarix boyu külək enerjisindən istifadə ediblər. Külək enerjisi cəmiyyətin mədəni inkişafında əsas rol oynayıb: külək enerjisindən dənizçilər dənizdə səyahət zamanı, fermerlər dəyirmanda taxıl üyütmək üçün,koloniyaçılar və mühacirlər odun kəsmək və su nasoslarını işə salmaq üçün istifadə ediblər.
Külək enerjisinin təchiz edilmə prosesi eyni zamanda bütün dünyada inkişaf etdirilib. Külək dəyirmanının məntiqi inkişafı nəticəsində effektiv külək enerjisi hasil edən külək dəyirmanının çarxını fırladan qurğu quraşdırılmışdır. Bərpa edilə bilən enerji sektorunda işləyən bir çox adi külək turbini horizontal oxlu olub (HAWT) dirəyin yuxarı hissəsində quraşdırılmış elektrik generatorundan, iki və ya üç pərdən ibarət olan rotor oxundan ibarətdir. HAWT küləyə tərəf yerləşdirilməlidir.
ALTEN QRUP - un Külək Turbini layihələri haqqında əlavə məlumat əldə etmək üçün bizimlə əlaqə saxlayın.







